"Nottingem Forest" heyətini gücləndirməyə davam edir.
Football-plus.az xəbər verir ki, klub yarımmüdafiəçi Morqan Gibbs-Uayt üçün "Vulverhempton"la razılığa gəlib. Transfer haqqı bonuslar daxil olmaqla 44,5 milyon funt-sterlinq olacaq. 22 yaşlı ingiltərəli tezliklə tibbi müayinədən keçəcək.
Hücumçu ötən mövsüm icarə əsasında "Şeffild Yunayted"də çıxış edib. Futbolçu 40 oyun keçirib, 13 qol vurub və 10 məhsuldar ötürmə edib.
"Nottingem Forest"in növbəti transfer hədəfi
Dünya futbolu





