Vinisiusu təhqir edənlər cəzalandırıldı

8.04.2025 19:50 6
Dünya futbolu
İspaniya Zorakılıqla Mübarizə Komissiyası La Liqanın “Osasuna” – “Real” matçında qonaqların futbolçusu Vinisius Juniorun təhqir olunması ilə bağlı qərar qəbul edib.

"Football-plus.az" xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Adı açıqlanmayan bir azarkeş 1:1 hesabı ilə nəticələnən matçın keçirildiyi stadionda pankart açıb. Pankartda futbolçunun ünvanına təhqiramiz ifadələr yazılıb. Komissiya bu insidentə görə həmin şəxsi 2 min avro cərimələyib və ona 4 aylıq stadionlara giriş qadağası tətbiq edib.

Əlavə edək ki, Zorakılıqla Mübarizə Komissiyası İspaniya kubokunun “Real Sosyedad” – “Real” matçında (0:1) Vinisiusa irqçi jestlər edən, xoşagəlməz sözlər qışqıran iki nəfər üçün 4000 avro cərimə və idman obyektlərinə 12 aylıq giriş qadağası təyin edib.