“Hələ ki bunun üçün 7 xal lazımdı” – “Red Black Army” nəyi gözləyir?

7.04.2025 14:58 30
Ölkə futbolu / Aktual
Son turda “Baku Sportinq”i səfərdə 5:0 hesabıyla məğlub edən “Qəbələ”nin növbəti mövsüm premyer-liqada oynayacağı rəsmiləşib.

“Football-plus.az” “Qəbələ”nin əsas fanklubu olan “Red Black Army”nin rəhbərlərindən Nəriman Təbrizlə əlaqə saxlayıb:
“Çempionluq rəsmiləşəndən sonra komanda ilə birgə qeyd edəcəyik. Hələ ki bunun üçün 7 xal lazımdı. Uğuru konkret kiminsə ayağına yazmaq düzgün olmaz. Futbol komanda oyunudu və bu da komandamızın uğurudu. Klub rəhbərliyi başda olmaqla, məşqçilər heyəti, futbolçular, texniki heyət, akademiyamız - hər kəsin uğurudu bu. Ən böyük uğur da azarkeşlərindi. Komanda diviziona düşsə də, komandaya sadiq qaldı, güvəndi, dəstəklədi”.

Xatırladaq ki, Kaxaber Sxadadzenin komandası 20 turdan sonra 52 xal toplamaqla çempionatda ən azı 3-cü olmağı rəsmiləşdirib.

MÜZƏFFƏR QULUZADƏ