"Növbəti qarşılaşmada səhvimizi düzəldərik" - "Red-Black Army"

23.05.2024 15:14 177
Premyer-liqa / Manşet
“Qəbələ” elitanı tərk etməsi rəsmiləşəndən sonra ardıcıl üçüncü qələbəni “Araz-Naxçıvan” üzərində qazandı.

Qarşılaşmaya nəzarət isə böyük üstünlüklə meydan sahiblərində oldu. Matçın ən önəmli məqamlarından biri 44-cü dəqiqədə ənənəvi “Şəhidlər ölməz, bətən bölünməz” şüarının səslənməməsi idi. 44 günlük vətən müharibəsinin şəhidlərini yad etmək üçün hər oyunda bu şüarları eşidirik. Bu dəfə isə ənənənin pozulmasının səbəbini öyrənmək üçün “Red-Black Army” azarkeş qrupunun rəhbərlərindən olan Nəriman Təbrizlə danışdıq:
“Yəqin ki, diqqətimizdən yayınıb. Növbəti qarşılaşmada səhvimizi düzəldərik”.


KAMAL SƏFƏR