Ozancanın komandası yeni mövsümə uğursuz başladı

6.04.2025 15:10 15
Dünya futbolu
Ozancan Kökçünün formasını geydiyi HİK Finlandiya çempionatında yeni mövsümün ilk turun oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, komanda səfərdə “İlves” ilə qarşılaşıb. Görüş HİK-in 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Ozancan da bu qarşılaşmada iştirak edib. Matça ehtiyatdan başlayan həmyerlimiz 85-ci dəqiqədə Alexander Rinqin əvəzinə meydana çıxıb.