“Kəpəz”in aylardı kluba maliyyə ayırsa da, hələ də adı açıqlanmayan sponsoru baş məşqçi Azər Bağırovla bağlı yekun qərara gəlib.
“Football-plus.az”ın əldə etdiyi məlumata görə, söz sahibləri yayda mütəxəssisin növbəti mövsüm üçün hədəflərinə uyğun olmadığını düşündüyündən əcnəbi baş məşqçi axtarışındadı. Artıq bununla bağlı bir neçə namizəd müəyyənləşdirilib və danışıqlar başlayıb.
Azər Bağırov da məsələdən xəbərdardı. O, “sarı-göylər”i elitada saxlasa da, saxlamasa da, işsiz qalacağını bilir. İmicini qorumaq istəyən mütəxəssisin komandanı premyer-liqada saxlamaqda israrlı olduğunu da qeyd edək.
KƏNAN BAHADIR