"Şamaxı"da yeni müqavilə - RƏSMİ

4.04.2025 20:57 14
Ölkə futbolu
"Şamaxı" futbolçusu Rikardo Fernandeslə müqavilə müddətini uzadıb.

"Football-plus.az" xəbər verir ki, 30 yaşlı portuqaliyalı qapıçı ilə 2 illik müqavilə imzalanıb. Onun bölgə təmsilçisi ilə olan əvvəlki sözləşməsi hazırkı mövsümün sonuna qədər idi.

Qeyd edək ki, Rikardo Fernandes bu mövsüm "Şamaxı"nın heyətində 29 oyuna çıxaraq 8 dəfə qapısını toxunulmaz saxlayıb. O, kluba ötən ilin yayında Portuqaliytanın "Torreense" komandasından transfer olunub.