Saka Londonda qala bilər

3.04.2025 19:14 5
Dünya futbolu
“Arsenal" futbolçusu Bukayo Saka ilə müqavilənin müddətini uzatmağı planlaşdırır.

"Football-plus.az" xəbər verir ki, London təmsilçisi 23 yaşlı hücumçu ilə danışıqlara başlamağa hazırlaşır. Qeyd edək ki, Sakanın hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub. O, ötən ilin dekabrında zədələndiyi üçün əməliyyat olunub.

Saka cari mövsüm bütün turnirlərdə 24 matça çıxıb, 9 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.