AFFA rəsmisi UEFA Millətlər Liqasının oyununda

1.04.2025 14:31 7
Ölkə futbolu
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, o, qadınlar arasında Millətlər Liqasının Şimali Makedoniya – Latviya oyununun UEFA nümayəndəsi olacaq.

C Liqasının 6-cı qrupunun 3-cü turunun görüşü aprelin 4-də Skopyedə yerləşən Şimali Makedoniya Futbol Federasiyasının Məşq Mərkəzində təşkil olunacaq.