Tbilisidə cüdo üzrə “Böyük Dəbilqə” turniri bu gün başa çatacaq.
"Football-plus.az" xəbər verir ki, yarışın ilk iki günündə idmançılarımız medal qazana bilməyiblər.
Bu gün Gürcüstan paytaxtında kişilərdə üç (90 kq, 100 kq və +100 kq), qadınlarda isə iki (78 kq və +78 kq) çəki dərəcəsində qaliblər bəlli olacaq.
Cüdoçularımızdan yalnız Elmar Qasımov qələbə uğrunda mübarizə aparıb.
100 kq
Elmar Qasımov ilk görüşdə İmeda Qoqoladzeyə (Gürcüstan) məğlub olub.