Elmar Qasımov Türkiyədə keçirilən “Böyük dəbilqə”ni bürünc medalla başa vurub.
"Football-plus.az" saytının məlumatına görə, azərbaycanlı idmançı 3-cü yer uğrunda görüşdə kanadalı Keyl Reyesə ipponla qalib gəlib. Beləliklə, milli komanda "Böyük dəbilqə"ni 1 bürünc medalla tamamlayıb.
Qeyd edək ki, millimiz Antalyada 17 cüdoçu ilə təmsil olunurdu.