London klubunda növbəti istefa

25.04.2023 10:52 243
Dünya futbolu
“Tottenhem”də növbəti istefa qaçılmaz olub.

"Football-plus.az" xəbər verir ki, İngiltərə klubu baş məşqçi Kristian Stellini ilə yolları ayırıb.

O, premyer-liqanın son turunda “Nyukasl”a 1:6 hesablı məğlubiyyətdən sonra vəzifəsindən azad edilib. Komandanı mövsümün sonuna kimi Rayan Meyson çalışdıracaq.

Xatırladaq ki, Stellini martın 26-da Antonio Konte istefaya göndərildikdən sonra baş məşqçi təyin olunmuşdu. Onunla müddəti mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanmışdı.