Noyer sıraya nə vaxt dönəcək?

6.03.2025 16:12
Dünya futbolu
Çempionlar Liqasında 1/8 finalının “Bayer-04” ilə ilk oyununda (3:0) sıradan çıxan Manuel Noyer müayinədən keçib.

“Bavariya”nın qapıçısı 58-ci dəqiqədə komandasının vurduğu qola sevinərkən zədə alıb. Baldır əzələsi zədələnənən futbolçunun təxminən 4 həftə futbolsuz qalacağı məlum olub.

Bu məlumatı tanınmış jurnalist Florian Plettenberq yayıb