“Qəbələ” “Karvan”ı qəbul etdi və iki cavabsız qolla qələbə qazandı. Bununla da liderlə izləyiciləri arasındakı xal fərqi 12-yə çatdı.
“Football-plus.az” bu oyunla bağlı “Karvan”ın baş məşqçisi Kənan Kərimovun fikrini öyrənib:
“Qəbələyə qələbə üçün getmişdik. Fikrimcə, ədalətsiz nəticə oldu. 90 dəqiqə ərzində rəqib komandanın qol vəziyyətləri yaratmasına imkan verməmişik. İki zərbəmiz dirəkdən qayıtdı. O zərbələrdən biri tora daxil olsaydı, tam fərqli nəticə olacaqdı. Məğlubiyyəti şanssızlıqla əlaqələndirirəm”.
ƏSƏD SEYİDOV





