"Birinci qarşılaşmada vura bilmədiyimiz bütün qolları vurduq" - Vasili Berezutski

27.02.2025 21:44 329
Ölkə futbolu / Manşet
"Sabah" ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində "Sumqayıt"ın meydanında böyükhesablı qələbə qazandı - 4:0.

"Football-plus.az" xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Kubok oyunları həmişə çətin olur. Xatırlayırsızsa, ilk oyun qolsuz bərabərliklə sona çatdı. Bu matçda birinci qarşılaşmada vura bilmədiyimiz bütün qolları vurduq.

- Böyükhesablı qələbə komandanın bundan sonrakı performansına necə təsir edəcək?
- Kubok matçlarında bütün komandaların şansı bərabər olur. İndidən nəsə demək doğru olmaz. Bütün rəqiblərə qarşı eyni cür hazırlaşırıq. Təbii ki, belə qələbələr bizə növbəti matçlarda psixoloji baxımdan yaxşı təsir göstərəcək.

- Demişdiz ki, qol vurmaq üçün çox çalışırıq. İndiyə qədər nəyi dəyişə bildiz?
- Əksinə, hava şəraitinə görə qapıyazərbələr üzərində çox çalışa bilməmişik. Sadəcə, kəmiyyətin nə vaxtsa keyfiyyətə təsir edəcəyini bilirdik.

KƏNAN BAHADIR