Azərbaycan şahmatçısı Eltac Səfərli İndoneziyada keçirilən beynəlxalq turnirin qalibi olub.
"Football-plus.az" Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçimiz 11 turdan ibarət dairəvi sistemlə keçirilən yarışda bütün rəqiblərini qabaqlayıb.
Son turdakı qələbədən sonra Eltac xalını 8,5-ə çatdırmaqla birinci pilləni təmin edib.