PFL qarlı havaya görə bu oyunları təxirə saldı

22.02.2025 00:37 333
Ölkə futbolu
Peşəkar Futbol Liqası yeni qərar verib.

"Football-plus.az" xəbər verir ki, bu barədə qurumun yaydığı açıqlamada bildirilib.

Qeyd edilib ki, paytaxt Bakıda və regionlarda mövcud olan, eləcə də davam edəcəyi proqnozlaşdırılan qarlı hava şəraiti ilə əlaqədar olaraq Peşəkar Futbol Liqası 2-ci Liqanın 24-25 fevral tarixlərində keçirilməsi nəzərdə tutulan oyunlarının təxirə salınmasına qərar verib. Oyunların 27, 28 fevral və 1 mart tarixlərində keçirilməsi qərara alınıb.

Oyunların təqvimi və başlama saatları ilə bağlı əlavə məlumat veriləcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul