Hemilton həm ən yaxşı, həm də ən pis geyinir

21.02.2025 14:32 287
İdman
Bu ildən “Formula-1” komandalarından “Red Bull”un şərəfini qoruyacaq Liam Louson Amerikanın ESPN telekanalına ekspress-müsahibə verib.

"Football-plus.az" xəbər verir ki, Yeni Zelandiyadan olan gənc pilota 10 nominasiyada dünyanın ən yaxşılarını seçmək təklif olunub. Liam sonda özünü də unutmayıb.

- “Formula-1” pilotlarından hansı hamıdan yaşı geyinir?
- Çox güman, Lüis Hemilton.

- Bəs hamıdan pis geyinən kimdi?
- Hamıdan pis? Yenə də Lüis! O hər iki xüsusiyyəti özündə birləşdirir (gülür).

- Pilotlardan hansı ən güclü auraya malikdi? Hansı güclü xarakteri ilə seçilir?
- Yəqin ki, Maks Ferstappen.

- Bəs onlardan hansı ən sakit və arxayındı?
- Birmənalı şəkildə Maks.

- Bəs ən enerjilisi?
- Yuki Sunoda.

- Ən etibarlı, intizamlı adam kimdi ki, ona bel bağlamaq mümkün olsun?
- Yəqin ki, bu, Aleks Elbondu.

- Kim dəyişkən əhval-ruhiyyəyə malikdi?
- Yuki!

- Kim uduzmağı bacarmır?
- Maks!

- Hamıdan ciddi olan kimdi?
- Corc Rassell.

- Ən sonda: ən məqsədyönlü kimdi? Kimin uğur qazanmaq həvəsi daha çoxdu?
- Deyərdim ki, mənim!..