17 yaşadək futbolçulardan ibarət millimiz bu gün İnkişaf Kuboku turnirində üçüncü yer uğrunda oyuna çıxacaq.
"Football-plus.az" xəbər verir ki, İlham Yadullayevin komandası Özbəkistan millisi ilə qarşılaşacaq. Belarusun paytaxtı Minskdə təşkil edilən turnirin 3-cülük matçı Bakı vaxtı ilə saat 15.40-da başlayacaq.
Həm Azərbaycan, həm də Özbəkistan millisi B qrupunu 6 xalla ikinci yerdə tamamlayıb.
Qeyd edək ki, U-17 qrup mərhələsində Rusiyaya (0:3) məğlub olub, İran (1:0) və Qazaxıstana (2:1) qalib gəlib.