Misli premyer-liqası geriləyib...

8.02.2025 16:11 248
Ölkə futbolu
Futbol liqalarının qlobal reytinqi açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, siyahıda dünyanın ən güclü 100 çempionatı yer alıb.

Misli premyer-liqası cədvəldə 51-cidir. Çempionatımızın əmsalı 20,564-ə bərabərdi. Premyer-liqa 2024-cü ilin iyulundakı cədvəllə müqayisədə 8 pillə geriləyib.

Siyahıya İngiltərə premyer-liqası başçılıq edir – 1342,659 xal. İspaniya La Liqası 907,614, İtaliya A seriyası 900,564, Almaniya Bundesliqası 776,588, Fransa Liqa1-i 596,086 xalla “beşlik”dədi. Türkiyə Super Liqası isə 178,403 xalla 10-cu sıradadı.

Qeyd edək ki, cədvəldə təkcə yüksək deyil, aşağı liqalar da nəzərə alınıb. İngiltərə Çempionşipi 174,889 xalla ümumi siyahıda 11-ci yerdədi.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul