Misli premyer-liqası dünya reytinqində irəlilədi

19.01.2025 16:59 268
Ölkə futbolu
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2024-cü ilin yekununa əsasən, dünyanın ən güclü 100 futbol liqasının siyahısını dərc edib.

"Football-plus.az" AFFA-ya istinadən xəbər verir ki, Azərbaycan premyer-liqası 2023-cü illə müqayisədə cədvəldə 4 pillə irəliləyib. Çempionatımız 434,25 əmsalla planetin 36-cı yerinə yüksəlib.

Azərbaycan premyer-liqası bu göstərici ilə Avropada 22-ci, keçmiş SSRİ ölkələri arasında isə 1-ci sıradadı.

Siyahıya aktivində 1992 əmsal olan İtaliya A Seriyası başçılıq edir. İspaniya La Liqası 2-ci (1885 əmsal), İngiltərə Premyer Liqası isə 3-cü sırada (1871) qərarlaşır.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul