Bu Afrika ölkələrinin çempionatları Azərbaycan premyer-liqasını geridə qody

25.07.2022 17:26 440
Premyer-liqa
Dünyanın ən güclü futbol liqalarının siyahısı tərtib olunub.

Football-plus.az xəbər verir ki, ildə iki dəfə açıqlanan cədvəldə bəzi dəyişikliklər baş verib.

Azərbaycan premyer-liqası 24,762 əmsalla 55-ci sırada qərarlaşıb.

Çempionatımız 2 pillə irəliləyib. Premyer-liqa 4 ölkəni- Qazaxıstan, Uruqvay, Çili və Slovakiyanı geridə qoyub. Əvəzində iki Afrika liqası - Əlcəzairlə Konqo DR premyer-liqamızı keçib.

Siyahıya əmsalı ən azı 16,300-ə bərabər 67 çempionat düşüb. İngiltərə (1373,938), İspaniya (909,514) və İtaliya (861,692) ilk üç sırada yer alıb.