Parisdən Birmingemə yollanır

4.02.2025 15:36 365
Dünya futbolu
PSJ-nin futbolçusu Marko Asensio karyerasını İngiltərədə davam etdirəcək.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Tanınmış idman jurnalisti ispaniyalı yarımmüdafiəçinin “Aston Villa” ilə müqavilə imzalayacağını bildirib. 29 yaşlı futbolçu İngiltərə klubunda mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək. Müqavilədə satınalma şərti olmayacaq.

Asensio Fransa klubunda 2023-cü ildən çıxış edir. O, bu mövsüm PSJ-də 16 oyuna 2 qol vurub və 4 məhsuldar ötürmə verib.