• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Leyptsiq” yenə “Bayer-04”ə qənim kəsildi - İCMAL

Dünya futbolu

1-02-2025, 18:0

Tur Volfsburqdakı məhsuldar heç-heçə ilə start götürdü.

“Canavarlar” əzmkar qələbə qazanmağa yaxın olsalar da, debütant “Holştayn” məğlubiyyətdən qurtulmağı bacardı.
Ümumiyyətlə, 2:2 bu turun ən məşhur hesabı oldu. 9 görüşün dördündə məhz bu nəticə qeydə alındı.

Ötən mövsümün startından bəri “Bayer-04” ilə “Leyptsiq”in oyunları məhsuldar və gərgin alınır. Budəfəki qarşılaşma da istisna olmadı və “öküzlər” yenə son çempionla oyunda geridönüş etdilər. İlk dövrədə Leverkuzendəki oyunda “Leyptsiq” 0:2-dən dönərək tarixi qələbə qazanmış və “Bayer-04”ün bundesliqada məğlubiyyətsiz seriyasına son qoymuşdu. “Leyptsiq” yenə bu rəqibə qarşı 0:2-dən geri dönməyi bacardı. Düzdü, qalib gəlmək mümkün olmadı. Amma istənilən halda Xabi Alonsonun komandasının bundesliqadakı 8 oyunluq seriyası qırıldı və son çempion çox mühüm xallar itirdi.

“Bavariya” çətinliklə də olsa, bu fürsətdən yararlanaraq xal fərqini artırdı. Münhen nəhəngi Frayburq səfərində parlaq oyun nümayiş etdirməsə də, hesabına 3 xal yazmağı bacardı. Keynin hesabı açdığı epizodda ona məhsuldar ötürməni Dayer verdi. Bundesliqada XXI əsrdə ilk dəfə bir komandanın vurduğu qol ingiltərəli futbolçular tərəfindən təşkil olundu! Beləliklə, 20-ci tur xal fərqinin 4-dən 6-ya yüksəlməsi ilə əlamətdar oldu.

Tərəflərin hərəyə iki qol vurduğu daha bir oyun Dortmundda keçirildi. Nuri Şahinlə vidalaşan “Borussiya” “Verder”lə oyuna Mayk Tullberqin başçılığı altında çıxmışdı. Danimarkalı mütəxəssis ÇL-də “Şaxtyor”la oyunda da komandanın başında olacaq. “Borussiya” iki topluq üstünlüyü qoruya bilməyərək yenə fanatlarını məyus etdi. ÇL-in son finalçısının son 10 rəsmi oyunda yalnız bir qələbəsi var! Amma ədalət naminə Niko Şlotterbekin 21-ci dəqiqədə aldığı qırmızı vərəqədən sonra “arılar”ın uzun müddət azlıqda oynadığını da bildirək.

Nikodan fərqli onun qardaşı Kevin Şlotterbek bu tur qəhrəmana çevrildi. Məhz onun son saniyələrdəki qolu “Auqsburq”a “Haydenhaym” üzərində qələbə qazandırdı. “Ştutqart”ın 4 oyunluq qələbə seriyası əla mövsüm keçirən “Maynts-05”lə oyunda bitdi. Evdə ardıcıl 5-ci qələbəni qazanan “karnavalçılar”ı “ÇL zonası”ndan cəmi 1 xal ayırır! Marmuş ayrılandan sonra “Ayntraxt”ı indi də Ekitike “çiynində daşıyır”. Amma 22 yaşlı fransalı forvardın dublu “Hoffenhaym”la səfər oyununda qələbə üçün kifayət etmədi. Münhenqladbax “Borussiya”sı bu mövsüm səfərdə qələbəsi olmayan autsayder “Bohum”u asanlıqla 3:0 yendisə, “Union” gözlənilmədən eyni hesablda səfərdə debütant “Sankt Pauli”yə boyun əydi. Paytaxt təmsilçisi Şteffen Baumqartın başçılığı altında keçirdiyi 4-cü oyunda 3-cü dəfə uduzdu.

19-cu tur
Frayburq – Bavariya 1:2

Ginter, 68 – Keyn, 15. Kim Min Ce, 54. (34700)
Bavariya: Noyer, Kimmix, Dayer, Kim Min Ce, Gerreyro (Palyinya, 83), Pavloviç, Qoretska (Stanişiç, 41), Sane (Olise, 63), Musiala (Müller, 83), Qnabri (Koman, 63), Keyn.

Lеyptsiq – Bayеr-04 2:2
Raum, 41. Tapsoba, 84-öz qapısına – Şik, 18. Qarsiya, 36. (46793)
Leyptsiq: Qulaçi, Klostermann (Baumqartner, 67), V.Orban, Bitşiabu, Raum, Vermeeren (Aydara, 61), Kampl (Zayvald, 51), Nusa (Baku, 67), Simons, Openda (Poulsen, 74), Şeşko.
Bayer-04: Qradetski, Mukiele, Ta, Tapsoba, İnkapye, Caka, Andrix (Palasios, 46), Artur (Frimponq, 65), Virts, Qarsiya, Şik (Tella, 65).

Borussiya D – Verder 2:2
Girassi, 28. Fridl, 51-öz qapısına – Bittenkurt, 64. Dukş, 72. (81365)
Borussiya: Kobel, Ryuyerson, Əmrə Can, Şlotterbek, Bensebayni, Qross, F.Nmeça (Zabitser, 12), Brandt (Anton, 77), Adeyemi (Dyuranvill, 61), Gittens (Bayer, 61), Girassi.

Maynts-05 – Ştutqart 2:0
Vayper, 29. Kasi, 86. (33100)
Ştutqart: Nübel, Vaqnoman, Ruo (Şabo, 87), Əl-Daxil, Mittelştadt (Hendriks, 62), Karazor (Rider, 72), Ştiller, Bruun Larsen (Demiroviç, 72), Fürix (Levelinq, 62), Dəniz Undav, Voltemade.

Hoffеnhaym – Ayntraxt F 2:2
G.Orban, 65. Hlojek, 90+5 – Ekitike, 26-p.; 71. (30000)
Ayntraxt: Trapp, Kristensen, Kollins, Kox, Teate, Knauff (Çandler, 90+3), Skiri, Larsson (Bahoya, 90+3), Götse (Çaibi, 62), Can Uzun (Tuta, 62), Ekitike (Matanoviç, 82).

Borussiya M – Bohum 3:0
Rayts, 34. Hak, 55. Klayndinst, 86. (54042)

Volfsburq – Holştayn 2:2
Vimmer, 50. Vind, 53 – Zets, 13. Skribski, 80. (22103)

Auqsburq – Haydenhaym 2:1
Matsima, 45+1. K.Şlotterbek, 90+2 – Mainka, 76. (30660)

Sankt Pauli – Union 3:0
Gilavogi, 31; 51. Sinani, 90+3. (29500)

1. Bavariya 19 15 3 1 58-16 48
2. Bayer-04 19 12 6 1 46-26 42
3. Ayntraxt F 19 11 4 4 44-26 37
4. Ştutqart 19 9 5 5 36-28 32
5. Leyptsiq 19 9 5 5 34-29 32
6. Maynts-05 19 9 4 6 33-23 31
7. Volfsburq 19 8 4 7 42-34 28
8. Borussiya M 19 8 3 8 30-29 27
9. Verder 19 7 6 6 33-36 27
10. Frayburq 19 8 3 8 26-36 27
11. Borussiya D 19 7 5 7 34-33 26
12. Auqsburq 19 7 4 8 23-34 25
13. Sankt Pauli 19 6 2 11 17-21 20
14. Union 19 5 5 9 16-27 20
15. Hoffenhyaym 19 4 6 9 25-37 18
16. Haydenhaym 19 4 2 13 24-40 14
17. Holştayn 19 3 3 13 28-48 12
18. Bohum 19 2 4 13 17-43 10

Bombardirlər: Keyn (Bavariya) – 17, Marmuş (Ayntraxt F) – 15, Şik (Bayer-04) – 13, Burkardt (Maynts-05) – 12.

Turun rəqəmi
50 – Almaniya futbolunda 10-cu mövsümünü keçirən Qradetski maraqlı rekordları sıralamaqdadı. “Bayer-04”ün təcrübəli finlandiyalı qapıçısı ötən ilin oktyabrında bundesliqada 300 oyun həddinə çatan ilk əcnəbi qapıçıya çevrilmişdi. Bu tur isə Qradetski bundesliqa çərçivəsində iştirak etdiyi ardıcıl 50-ci oyunda məğlub olmadı (39 qələbə, 11 heç-heçə)! O, turnirin tarixində bunu bacaran 1-ci qapıçı və 2-ci futbolçudu. Daha öncə Jerom Boatenq “Bavariya”nın heyətində 2012-14-cü illərdə bundesliqada ardıcıl 56 oyunda məğlubiyyət acısı yaşamamışdı.

Qeyd edək ki, ötən mövsümün startından bəri “Bayer-04”ün bundesliqada uduzduğu yeganə oyunda, yəni bu mövsümün 2-ci turunda “Leyptsiq”lə görüşdə (2:3) qapını Matey Kovarj qorumuşdu.

Turun ulduzu
Morqan Gilavogi (Sankt Pauli) – bu tur 18 komandadan 13-ü ən azı 2 qol vurdu. Amma cəmi iki futbolçu dubl etdi. Almaniyada ilk mövsümünü keçirən debütant “Sankt Pauli”nin fransalı vingeri Gilavogi dublla yanaşı, hesabına məhsuldar ötürmə də yazdı. Ona görə də turun ulduzu adına artıqlamasıyla layiqdi. 26 yaşlı futbolçu bundesliqada həm də ilk dublunu rəsmiləşdirdi.

Turun sitatı
Xabi Alonso, “Bayer-04”ün baş məşqçisi:

“Bu mövsüm artıq neçənci dəfə öndə olduğumuz qarşılaşmada qələbə hesabını qoruya bilmədik. “Leyptsiq” bərabərliyə can atırdı və istəyinə çatdı. İntriqanı öldürmək və 3-cü qolu vurmaq üçün dəfələrlə şansımız oldu. Amma bunlardan yararlana bilmədik. Açığı, oyunun sonluğu və yekun nəticə bizi üzdü”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-08-2023, 22:0

Bundesliqada mövsümün təqvimi bəlli oldu

Dünya futbolu

24-02-2024, 16:0

''Qarabağ''ın rəqibi Almaniya futbolunda yeni tarix yazdı

Dünya futbolu

29-12-2024, 18:0

Münhendə unikal rekord və darmadağın qeydə alındı - İCMAL

Dünya futbolu

7-09-2024, 16:0

“Bayer-04”ü Almaniyada məğlub edən tapıldı - TURUN ŞƏRHİ

Dünya futbolu

8-05-2024, 18:0

“Bayer-04” bu dəfə dramatik yox, asan qələbə qazandı

Dünya futbolu

5-04-2023, 14:0

“Borussiya” “Alyans Arena”da yenə eyni aqibətlə üzləşdi – 26-cı turun şərhi

Aktual
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Son xəbərlər
  • Bu gün, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Bu gün, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Bu gün, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Bu gün, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Bu gün, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Bu gün, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Bu gün, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Bu gün, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Bu gün, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Bu gün, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Bu gün, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Bu gün, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Bu gün, 14:26
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Bu gün, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Bu gün, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Bu gün, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Bu gün, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Bu gün, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Bu gün, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Bu gün, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Bu gün, 10:52
    A seriyasında yeni təyinat
  • Bu gün, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Bu gün, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Bu gün, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
  • Bu gün, 00:04
    Saşa İliç "Partizan"ın baş məşqçisi oldu
  • Bu gün, 00:00
    Dioqo Balau "Turan Tovuz"da
  • Dünən, 23:55
    Millimiz San Marinonu məğlub etdi - YENİLƏNİB
  • Dünən, 23:45
    Yığmamız Şimali Makedoniyaya qalib gəldi
  • Dünən, 23:21
    “Belqrano” sürpriz şəkildə çempion oldu!
  • Dünən, 22:45
    “Zirə” Anatoli Nuriyevlə yolları ayırdı
  • Dünən, 22:27
    “Liverpul”u bundan sonra İraola çalışdıracaq - yeni baş məşqçi ilə bağlı cəlbedici məqamlar nədi?
  • Dünən, 21:55
    “Qarabağ”ın hazırlıq planı bəlli oldu
  • Dünən, 21:40
    “Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
  • Dünən, 21:24
    Uğur Cahangirov "Şamaxı"da
Daha çox
Oxunub: 725
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 259
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 255
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 252
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 194
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 176
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə