Bu gün Avropa Liqasında əsas mərhələyə yekun vurulub.
"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisi "Qarabağ" da sonuncu - 8-ci turun oyununa çıxıb.
Qurban Qurbanovun komandası Yunanıstan səfərində "Olimpiakos"la qarşılaşıb. Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Avropa Liqası
əsas mərhələ, 8-ci tur
Olimpiakos (Yunanıstan) – Qarabağ 3:0
Əyub Əl Kabi, 56; 60. Yulian Bianson, 89.
30 yanvar. Pirey. “Georgios Karaiskakis” stadionu. Saat 00.00.
Xatırladaq ki, matç "Qarabağ" üçün formal xarakter daşıyıb. Çünki 3 xalla 36-cı pillədə olan komandanın hələ ötən turdan sonra pley-off şansı qalmamışdı. 2023/24 mövsümündə Konfrans Liqasının qalibi olan "Olimpiakos" isə xallarının sayını 15-ə çatdıraraq 7-ci yeri tutub və 1/8 finala vəsiqə qazanıb.
Beləliklə, "köhlən atlar" turnirlə sonuncu pillədə vidalaşıb.
KƏNAN BAHADIR