Yeni transfer fərqlənsə də, "Qarabağ"ın rəqibi məğlub oldu

18.10.2022 09:45 341
Dünya futbolu
"Olimpiakos" Yunanıstan superliqasında növbəti matçına çıxıb.

Football-plus.az xəbər verir ki, Pirey təmsilçisi evdə PAOK-la qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsiylə başa çatıb.

"Olimpiakos"un yeganə qolunu 37-ci dəqiqədə Xames Rodriqes vurub.

Pirey klubu çempionatda 8 turdan sonra 14 xalla 5-ci sıradadı.

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının G qrupunda "Olimpiakos"la yanaşı, "Nant" və "Frayburq"la mübarizə aparır. "Atlılar" 4 turdan sonra 7 xalla 2-ci sıradadı.