"Qarabağ"ın rəqibindən növbəti qələbə

12.01.2025 16:02 290
Dünya futbolu
Yunanıstan çempionatında 18-ci turun oyunları keçirilir.

“Football-plus.az” xəbər verir ki, UEFA Avropa Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Olimpiakos” öz meydanında "Aris"lə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb.

Bu qələbə sayəsində xallarının sayını 40-a çatdıran “Olimpiakos” liderliyini davam etdirir.

Qeyd edək ki, “Qarabağ” Avroliqanın son turunda - yanvarın 31-də Yunanıstanda "Olimpiakos"la üz-üzə gələcək.