• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Real” zirvəyə yüksəldi, “Atletiko”nun seriyası qırıldı, “Barsa” isə... - İCMAL

Dünya futbolu

27-01-2025, 18:0

“Atletiko”nun gözlənilmədən uduzduğu turda “Real”ın liderliyi ələ keçirməməsi günah olardı. Hələ “Barselona”nın autsayderlə oyunda büdrəməsini demirik. Bu gedişlə kataloniyalılar 3-cü pilləni də əldən verəcək. “Atletik” artıq onlara isti nəfəsini hiss etdirir.

“Barselona” ardıcıl 4-cü çempionat oyununda qələbə qazana bilmədi. Baxmayaraq ki, Kunde artıq 9-cu dəqiqədə hesabı açanda kataloniyalı azarkeşlər çox ümidlənmişdi. “Barsa” bununla həm də “Koliseum Alfonso Peres” stadionunda 2019-un payızından bəri davam edən qolsuz seriyasını bitirdi. Ancaq qonaqlar uğurun davamını gətirə bilmədilər. Oyunun həlledici məqamı 33-cü dəqiqədə yaşandı. Rafinyanın yüzdəyüz qol vəziyyətini boşa verməsinin ardından Arambarri bərabərlik qolunu vurdu. Komandaları paltardəyişmə otağına göndərən fit ərəfəsində Arauxo ilə Kundedən heç biri Levandovskinin ötürməsini lazımi şəkildə tamamlaya bilmədi. 2-ci hissənin əvvələdində “Xetafe” zərbə anında zədələnən Arambarrini itirdi. Bordalas qolun müəllifinin itkisini kompensasiya etmək üçün ikili dəyişikliyə əl atdı. “Barsa” isə get-gedə təzyiqi artırırdı. Yamalın çoxlu zərbəsində ya dəqiqlik, ya da güc çatmadı, De Yonqun zərbəsinin öhdəsindən Soriya gəldi, Rafinya toru yandan silkələdi. Qonaqlar “Xetafe”nin qapısını “atəş altında saxlasa” sa, qələbə topunu vura bilmədi. “Barsa” həm də bir qədər əvvəl məğlubiyyətlə barışan “Atletiko”nun xal itkisindən yararlana bilmədi.

Bəli, buna qədər turnir cədvəlinə başçılıq edən “Atletiko”nun səfərdə “Leqanes”ə uduzması hər kəsi təəccübləndirdi. Yeri gəlmişkən, “Barsa” da dekabrın 15-də bu komanda ilə ev oyununda eyni aqibətlə barışmışdı. “Leqanes” “Atletiko”nun bütün turnirləri əhatə edən 15 oyunluq möhtəşəm qələbə seriyasını qırdı. Əslində “hindular” qol vəziyyətlərinə daha həssas yanaşsaydı, hər şey fərqli ola bilərdi. Simeonenin komandası ilk yarıda imkanları “sağa-sola xərclədi”. Təkcə Alvares iki gözəl imkanı qaçırdı, Qrizmannın yaxın məsafədən zərbəsi dirəkdən döndü. Ümumiyyətlə, qapı çatı fasiləyə qədər “Leqanes”i üç dəfə xilas etdi. Belə görünürdü ki, “Atletiko” 2-ci hissədə meydan sahiblərinin müqavimətini qıracaq. Ancaq 2-ci hissə Madrid nəhəngi üçün çox pis başladı: Rabanın künc zərbəsindən ötürməsini Nastasiç qolla tamamladı. Bu qol “hindular”ın oyununu pozdu. Meydan sahibləri dəfələrlə fərqi artıra bilərdi. “Atletiko” isə sona yaxın məğlubiyyətdən qurtulmağa yaxın oldu. Amma Korrea iki imkanı bişa verdi. 90-cı dəqiqədə penalti nöqtəsinə yaxınlaşan Qrizmann topu yandan vurdu. Sensasiyalı məğlubiyyətlə üzləşən “Atletiko”nun liderliyi əldən verəcəyi gözlənilirdi ki, belə də oldu.

Bazar günü meydana çıxan “Real” əzmkar və böyükhesablı qələbə qazandı. Paytaxt nəhəngi heç vaxt “Santyaqo Bernabeu”da “Las Palmas”a uduzmamışdı. Bu ənənə yenə də qorundu. Hərçənd adalılar elə ilk hücumda hesabı açmaqla sensasiya istəyini ortaya qoydu. “Sarılar” nədənsə açıq oyun variantını seçdi ki, bu da intihara bərabər oldu. Tezliklə Mbappe Rodriqoya qarşı kobudluğa görə təyin olunan penaltini qola çevirdi. Ardından Dias “Real”ı irəli çıxardı. 36-cı dəqiqədə Rodriqonun ötürməsindən sonra fərqlənən Mbappenin qolu “nəzarət atəşi” idi. 2-ci hissədə də oyun təkqapı getdi. 64-cü dəqiqədə Ramiresin meydandan qovulması qonaqların mübarizə əzmini tam qırdı. Düzdü, buna qədər Rodriqo 4-cü qolu da vurmuşdu. Sonda Bellingemlə Valverdenin qolları sayılmadı. Çempionatda ardıcıl 3-cü qələbə sayəsində zirvəyə yüksələn “Real” “Atletiko”dan 2, “Barselona”dan isə artıq 7 xal irəlidədi.

“Valensiya” Karlos Korberanın baş məşqçi vəzifəsinə gəlişi ilə əməlli-başlı dirçəlib. “Yarasalar” La Liqada onun rəhbərliyi altında ilk qələbəsini qazanmaqla sonuncu pillədən qurtuldu. Duronun 26-cı dəqiqədə vurduğu qol yeganə oldu. Əsas hücumçularını Avropa Liqasındakı oyun üçün qoruyan “Real Sosyedad” bu məğlubiyyətlə çempionatdakı vəziyyətini pisləşdirdi.

“Atletik” hazırda yüksəliş dönəmini yaşayır. Basklar səfərdə “Selta”ya qalib gəlməklə çempionatda məğlubiyyətsiz oyunlar seriyasını 11-ə çatdırmaqla yanaşı, 3-cü yerə də şərik oldu.

Turun başqa oyunlarına gəlincə, autsayderlərin duelində “Espanyol” “Valyadolid”dən üstün oldu, “Sevilya” “Jirona” ilə səfər oyununda əzmkar qələbə qazandı, “Alaves” də Kike Qarsiyanın het-triki sayəsində səfərdə “Betis”i məğlub etdi. Sevilya klubunun Perronun 55-ci dəqiqədə meydandan qovulması üzündən azlıqda qaldığını da vurğulayaq. “Osasuna” – “Rayo Valyekano” oyunu “sülh”lə bitdi. Turun dünən axşam keçirilən sonuncu oyununda “Vilyarreal” “Malyorka”nı darmadağın etdi.

20-ci tur
Real – Las Palmas 4:1
Mbappe, 18-p.; 36. Dias, 33. Rodriqo, 57 – F.Silva, 1. (74808)
Real: Kurtua, F.Qarsiya, Rüdiger (Alaba, 76), Asensio, Vaskes (Aquado, 87), Valverde, Sebalyos (Çema, 83), Rodriqo (Endrik, 84), Bellingem, Dias (Gülər, 76), Mbappe.
Leqanes – Atletiko 1:0
Nastasiç, 40. (12371)
Atletiko: Oblak, Qalan (Ninyo, 79), Lanqle, Le Norman, Molina (M.Lyorente, 60), Qallaher (Lino, 46), Barrios (Koke, 60), De Paul, Simeone (Korrea, 65), Qrizmann, Alvares.
Xetafe – Barselona 1:1
Arambarri, 34 – Kunde, 9. (15134)
Barselona: Penya, Balde, Kubarsi, Arauxo, Kunde, Pedri, Kasado (De Yonq, 46), Rafinya, Qavi (Olmo, 62), Yamal, Levandovski (Torres, 81).
Valensiya – Real Sosyedad 1:0
Duro, 26. (40791)
Selta – Atletik 1:2
Alvares, 74 – Berenger, 62. Vivian, 71. (22279)
Espanyol – Valyadolid 2:1
Puado, 31. Fernandes, 74 – X.Sançes, 57. (23554)
Jirona – Sevilya 1:2
Martines, 36 – Saul, 59. Lukebakio, 88. (12040)
Betis – Alaves 1:3
Rodriges, 28 – K.Qarsiya, 11-p.; 80; 84. (50021)
Osasuna – Rayo Valyekano 1:1
R.Qarsiya, 59 – Kamelyo, 19. (20770)
Vilyarreal – Malyorka 4:0
Koşta, 20. Baena, 24. Parexo, 26. Pino, 28. (14852)

1. Real 20 14 4 2 47-20 46
2. Atletiko 20 13 5 2 34-13 44
3. Barselona 20 12 3 5 52-23 39
4. Atletik 20 11 6 3 31-18 39
5. Vilyarreal 20 9 6 5 38-31 33
6. Malyorka 20 9 3 8 19-25 30
7. Real Sosyedad 20 8 4 8 17-14 28
8. Jirona 20 8 4 8 28-27 28
9. Rayo Valyekano 20 6 8 6 23-23 26
10. Osasuna 20 6 8 6 24-29 26
11. Sevilya 20 7 5 8 23-29 26
12. Betis 20 6 7 7 22-26 25
13. Selta 20 7 3 10 29-32 24
14. Las Palmas 20 6 4 10 25-33 22
15. Leqanes 20 5 7 8 19-29 22
16. Xetafe 20 4 8 8 14-17 20
17. Alaves 20 5 5 10 24-32 20
18. Espanyol 20 5 4 11 19-32 19
19. Valensiya 20 3 7 10 19-29 16
20. Valyadolid 20 4 3 13 14-39 15

Bombardirlər: Levandovski (Barselona) – 16, Mbappe (Real) – 12, Rafinya (Barselona) - 11, Budimir (Osasuna) – 10.

Turun rəqəmi
150 - Ançelotti "Real"ın baş məşqçisi kimi qələbə sayını bu həddə çatdırdı. İtaliyalı İspaniya çempionatında bu qədər qələbə qazanan bilən 22-ci mütəxəssisdi. Paytaxt təmsilçisini baş məşqçi kimi 210 qarşılaşmaya çıxaran Ançelotti bunların 34-də heç-heçə edib, 26-da isə məğlub olub. "Kral klubu"nun tarixində qələbə sayına görə rekord Migel Munyosa (257) məxsusdu.

Turun ulduzu
Kike Qarsiya (Alaves) – təcrübəli hücumçu het-triklə “Betis” üzərində sürpriz səfər qələbəsinin əsas memarıdı. Uzun müddət heç-heçə davam edən oyunun sonunda iki qol vurmağı bacardı. Elə hesabı da penaltidən o açmışdı.

Turun sitatı
Xuan İqlesias, “Xetafe”nin müdafiəçisi:

“Qavi oyunun gedişində 2-ci diviziona yuvarlanacağımızı dəfələrlə təkrarladı. Bu sözləri deyərkən əli ilə ağzını tuturdu. Mən ona dedim ki, yetkin adamsansa, əlini ağzından götür, bunu mənim üzümə söylə. Burda heç vaxt 3 xal qazana bilməmələri “Barselona”nın oyunçularını çox qəzəbləndirir”.
[/quote]
Oyundan sonra
Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi: [quote]“Qalib gəlmək istəyirdik, bunun üçün şanslarımız da var idi. Daha çox qol vura bilmədiyimizə görə məyusuq. Niyə belə oldu? Burda – Xetafedə gərginlik hiss olunur. Rəqib çox yaxşı müdafiə olundu. Qol vəziyyətləri yaratsaq da, bitirici mərhələdə dəqiq olmadıq. Daha çox məşq etməliyik. Ötürmələrdə də dəqiqlik çatmadı. Bu stadionda hər anda, hər təmasda gərginlik var idi. Heç vaxt belə halla qarşılaşmamışdım. Mənim üçün yenilik oldu, buna öyrəşməliyəm”.


Dieqo Simeone, “Atletiko”nun baş məşqçisi:
“Klubun tarixinə düşən 15 möhtəşəm oyun keçirdik. Bu gün ilk yarıda elə görünürdü ki, komanda qol vurmağa yaxındı. Bəzi epizodlarda daha yaxşı oynamalıydıq. “Leqanes” qol vurandan sonra daha yaxşı müdafiə olundu, mütəşəkkil təsir bağışladı. Sörlotun yoxluğunda ucaboy oyunçu çatışırdı, Ninyonun simasında alternativ tapdıq, cinah ötürmələrini ona çatdırmağa çalışdıq. Bu gün çox iş gördük, ancaq kiçik detallar əleyhimizə oldu. Qələbələrə öyrəşəndən sonra məğlub olmaq həmişə ağırdı. Məğlubiyyət də oyunun, səyahətin, yolun bir hissəsidi. Bunu qəbul etmək lazımdı”.


Karlo Ançelotti, “Real”ın baş məşqçisi:
“Həm yaxşı, həm də pis anlarda müvazinətimizi saxlamağa qadirik. Düşünürəm ki, “Real” başqa komandalarla müqayisədə daha sərt tənqid olunur. Tənqidin fərqli növləri var: sadə irad bildirməkdən tutmuş komandanı yaralayan fitəbasmaya qədər. Azarkeşlərin hisslərini bu şəkildə bildirməsi, həyəcan təbili çalması komandaya motivasiya verir”.


Kilan Mbappe, “Real”ın hücumçusu:
“Bizim üçün vacib oyun idi. Bir gün əvvəl “Atletiko” ilə “Barselona”nın başına gələnlərdən xəbərdardıq. Qalib gəlmək istəyirdik və qazandıq. Komanda erkən qola yaxşı reaksiya verdi. Düşünürəm ki, “Real”ın bütün azarkeşləri bu oyundan məmnun qaldı. Ona görə ki, biz çempionatın lideriyik”.


Faktlar
* “Barselona” ardıcıl qol buraxdığı çempionat oyunlarının sayı baxımından klub antirekordunu təkrarladı. Flikin komandası ardıcıl 9-cu çempionat oyununda ən azı bir qol buraxıb. Kataloniya nəhəngi sonuncu dəfə belə arzuolunmaz seriya ilə 2018-ci ildə - Ernesto Valverde “sükan arxasında” olanda üzləşib.
* 20-ci turda “Xetafe”ni məğlub edə bilməyən “Barsa” La Liqada bu turnir məsafəsi üçün son 20 ildə ən pis 2-ci nəticəsini göstərdi. “Göy-qırmızılar” 20 turdan sonra cəmi 39 xal toplayıb. Onlar 2004/05 mövsümündən bəri sonuncu dəfə bundan da pis nəticə ilə 2021/21 mövsümündə yadda qalıb. Onda Ronald Kuman, Serxi Barxuan və Xavinin çalışdırdığı komanda 20 turdan sonra 32 xal toplamışdı.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

24-12-2024, 19:0

“Real”la “Barselona” xal itirdi, “Atletiko” potensial lider oldu - İCMAL

Dünya futbolu

21-12-2024, 15:0

“Barsa”nın liderliyi şərti xarakter daşıyır - İCMAL

Dünya futbolu

11-08-2023, 18:0

İspaniya çempionatında 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

26-01-2025, 19:0

“Real”la “Barselona” 5, “Atletiko” 4 qol vurdu - İCMAL

Dünya futbolu

4-10-2024, 16:0

“Barsa”nın seriyası qırıldı, Madrid derbisi “sülh”lə bitdi - ŞƏRH

Dünya futbolu

22-01-2025, 13:0

“Atletiko” yenidən zirvəni ələ keçirdi - ŞƏRH

Aktual
Ayxan Abbasov gedir, “Şamaxı” rəhbərliyi qəbul etmək istəmir
Çempion bəllidi, 2-ci yerə iki namizəd var
Əli Bəşirovun harda zədələndiyi bəlli oldu – Aftandil Hacıyevdən açıqlama
"Tofiq Bəhramov"da 11 boş sektor: tribunalarda cəmi 17830 tamaşaçı var... - FOTOLAR
Azarkeşlər və media üçün açıq məşq: “Sabah” və “Qarabağ”, nə deyirsiz?
Ceyhun Sultanovun gözü yoldadı – rəhbər olmaq üçün nazirlikdən xəbər gözləyir
Son xəbərlər
  • Bu gün, 17:40
    "Kəpəz" uduzdu, "Sumqayıt" "Qəbələ"yə qarşı - YENİLƏNİR
  • Bu gün, 17:09
    "Sumqayıt" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Bu gün, 16:38
    Millinin üzvlərinə xatirə hədiyyəsi təqdim olundu
  • Bu gün, 16:17
    Mikelsin üz sümüyü qırılıb
  • Bu gün, 15:18
    Ayxan Abbasov gedir, “Şamaxı” rəhbərliyi qəbul etmək istəmir
  • Bu gün, 14:57
    "Kəpəz" - "İmişli": START HEYƏTLƏRİ
  • Bu gün, 14:26
    Çempion bəllidi, 2-ci yerə iki namizəd var
  • Bu gün, 13:55
    Nərimanın komandası uduzdu
  • Bu gün, 13:24
    Əziz Yıldırım ''Fənərbaxça''nın transfer siyasətini yıxıb sürüdü
  • Bu gün, 12:53
    Əli Bəşirovun harda zədələndiyi bəlli oldu – Aftandil Hacıyevdən açıqlama
  • Bu gün, 12:22
    "Qızlar bütün tapşırıqları yerinə yetirdi" - millimizin məşqçisi
  • Bu gün, 11:51
    Salah ilə Robertsonu kimlər müşayiət edəcəklər?
  • Bu gün, 11:20
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Bu gün, 10:59
    25 illik həsrətə son qoydular
  • Bu gün, 10:28
    "Beşiktaş'' 6 milyon avroya aldığı futbolçu ilə vidalaşır
  • Bu gün, 09:57
    Arzuolunmaz kürəkən... – REPLİKA
  • Bu gün, 00:15
    "Bəlkə, oyunçularımın yaşam tərzlərini daha çox incələməliyəm" - Qurban Qurbanov
  • Dünən, 23:57
    “Real”ı kimlər tərk edəcəklər?
  • Dünən, 23:27
    "Oyunçularım boşluqları bağladı, rəqib heç nə ilə yadda qalmadı" - Valdas Dambrauskas
  • Dünən, 22:58
    İtaliyalı ulduz ''instaqram''ın ulduzunu söhbətə çağırdı və... səhvini etiraf etdi
  • Dünən, 22:37
    Dilinin bəlasına düşdü
  • Dünən, 22:01
    “Liverpul”u tərk etməyəcək
  • Dünən, 21:09
    Lempard bu komandanı 25 ildən sonra premyer-liqaya daşıdı
  • Dünən, 20:58
    "Motor" yenə uduzdu, Renat şans qazanmadı
  • Dünən, 20:37
    ''Zenit'' Türkiyə çempionatından daha bir oyunçuya göz qoyub
  • Dünən, 20:16
    Dünya kubokunda mübarizə aparacaq boksçularımız - ADLAR
  • Dünən, 19:55
    "Tofiq Bəhramov"da 11 boş sektor: tribunalarda cəmi 17830 tamaşaçı var... - FOTOLAR
  • Dünən, 19:24
    Milli Andorraya yenə qalib gəldi
  • Dünən, 19:00
    "Bəhramov"da izdiham: uzun növbələr, bilet almağa məcbur qalan xanım azarkeşlər... - FOTOLAR
  • Dünən, 18:56
    "Futbolçular verdiyim tapşırıqları maksimum yerinə yetirdi" - Fizuli Məmmədov
  • Dünən, 18:35
    "Qarabağ" - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 17:55
    "Futbolçular daha məsuliyyətli olmalıdı" - Ayxan Abbssov
  • Dünən, 17:24
    ''Fənər'' fanatlarını yenə infarkt dərəcəsinə çatdırdı - Bu mövsüm 3-cü dəfə...
  • Dünən, 17:08
    Zelim Tçkayev bürünc medal qazandı - AÇ
  • Dünən, 16:56
    “Qarabağ” son səkkiz oyunda “Sabah”a qalib gələ bilməyib - növbəti tamaşa olacaqmı?
Daha çox
Oxunub: 253
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 236
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 229
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 166
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Oxunub: 158
Vernidubun uğuruna kölgə salan Abasov... – YAZI
Oxunub: 144
“Kəpəz” – “Neftçi” oyunu Gəncə şəhər stadionunda... – bir azca da döz, gəncəli!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə