"Kəpəz" növbəti transferini açıqladı

24.01.2025 20:26 285
Ölkə futbolu
"Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gəncə təmsilçisinin yeni transferi Trent Buhagiardı. Yarımmüdafiəçi ilə "6 ay + 1 il" müddətində müqavilə imzalanıb. Əslən Avstraliyadan olan Buhagiar Malta yığmasının üzvüdü. Trent tarixi vətənində bir sıra klubların heyətində çıxış edib. 26 yaşlı futbolçunun son klubu İtaliya B Seriyasından "Breşiya" olub.

Qeyd edək ki, Trent Buhagiar bu mövsüm 2 oyuna çıxıb.