“Qarabağ” sabah Avropa Liqasının 7-ci tur matçında FKSB-ni qəbul edəcək.
Oyunla bağlı redaksiyamıza üzücü xəbər daxil olub. Dəqiq desək, “köhlən atlar”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev “Football-plus.az”a açıqlamasında indiyə qədər cəmi 15 min civarında biletin satıldığını deyib.
Xatırladaq ki, oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun tamaşaçı tutumu 31200 nəfərdi. Bu da o deməkdi ki, biletlərin satış sayında sabah axşam saatlarına qədər “partlayış” baş verməsə, tribunaların təxminən yarısı boş olacaq! Amma “köhlən atlar” heç bir halda buna layiq deyil.
KƏNAN BAHADIR
“Qarabağ”dan FKSB ilə oyundan əvvəl üzücü xəbər gəldi! – “köhlən atlar” buna layiqdimi?
Aktual / Ölkə futbolu






