"Sumqayıt" heyətini amerikalı ilə gücləndirdi

7.01.2025 12:40 267
İdman
"Sumqayıt" heyətini amerikalı basketbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Sumqayıt təmsilçisi NTD-dən ayrılan Kolin Qolsonu transfer edib. Forvardla mövsümün sonuna qədər müqavilə imzalanıb.