Rəhim karyerasını "Turan Tovuz"da davam etdirəcək

6.01.2025 20:25 324
Ölkə futbolu
"Sumqayıt"dan ayrılan Rəhim Sadıxov karyerasını "Turan Tovuz"da davam etdirəcək.

"Football-plus.az" xəbər verir ki, bu barədə "gənclik şəhəri" təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, yarımmüdafiəçi Tovuz klubu ilə 2 il yarımlıq müqavilə imzalayıb.