Daha klubuna lazım olmadı

4.01.2025 16:10 304
Dünya futbolu
2025-ci il Felipe Melo üçün arzuolunmaz başlayıb. “Fluminense” onunla yolları ayırıb.

41 yaşlı futbolçu son 3 mövsümü Braziliya klubunda keçirib. Rəhbərlik Felipe Melonun müddəti ötən il dekabrın 31-də başa çatan müqaviləsini yeniləməyi lazım bilməyib. Tcrübəli futbolçu Rio de Janeyro klubu ilə 3 titul qazanıb.

Xatırladaq ki, Felipe Melo Avropada “Malyorka”, “Rasinq”,  “Almeriya”, “Fiorentina”, “Yuventus”, “Qalatasaray” və “İnter”də də çıxış edib.