“Araz-Naxçıvan”ın qış planında dəyişiklik

28.12.2024 12:37 279
Ölkə futbolu
“Araz-Naxçıvan”ın qış hazırlıq planı zamanı keçirəcəyi yoxlama oyunlarının təqvimində dəyişiklik olub.

Komanda əvvəlcədən nəzərədə tutulduğu kimi, yanvarın 8-də klubun əvəzediciləri ilə deyil, bir gün sonra - yanvarın 9-da “Sumqayıt”la üz-üzə gələcək. Görüş “Kapital Bank Arena”da keçiriləcək. Oyunun başlama saatı ilə bağlı əlavə məlumat veriləcək.

Beləliklə yanvarın 5-də bir araya gələcək “qırmızı-ağlar” yanvarın 9-da “Sumqayıt”, ayın 11-də isə “Səbail”lə qarşılaşacaqlar.