"Turan Tovuz"un futbolçularına seminar keçirildi

28.12.2024 11:34 251
Ölkə futbolu
“Turan Tovuz” Futbol Akademiyasının U-19, U-17, U-16 və U-15 komandalarının üzvlərinə irqçiliyə qarşı mübarizə​ ​ilə bağlı seminar keçirilib.

"Football-plus.az" xəbər verir ki, Tovuz şəhər stadionunda​ keçirilən​ tədbirdə akademiyanın​ ​ koordinatoru Ülfət Mədətov, futbolda sosial məsuliyyət üzrə məsul şəxsi Elmir Musayev bu mövzuda​ mühazirə oxuyublar, maarifləndirici təqdimatlar ediblər.

Tədbirdə həyatın bütün sferalarında olduğu kimi futbolda da irqçiliyə yer olmadığı vurğulanıb, bu mövzu ətrafında geniş müzakirələr və fikir mübadilələri​ aparılıb.​