SON DƏQİQƏ! Azərbaycanda futbol klubu baş məşqçisiylə vidalaşdı

24.12.2024 17:18 5 002
Ölkə futbolu
"Mingəçevir" baş məşqçisi Ədəhim Niftəliyevlə yolları ayırıb.

Bu barədə "Football-plus.az"a klubun mətbuat xidmətindən məlumat verilib.

"Nur şəhəri"nin təmsilçisi mütəxəssislə qarşılıqlı razılaşma əsasında vidalaşıb:

"Ədəhim Niftəliyevə klubumuza göstərdiyi xidmətlərə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayırıq. Klubumuz yaxın zamanda yeni baş məşqçinin adı ilə bağlı ictimaiyyəti məlumatlandıracaq".