"Sabah" baş məşqçisini istefaya göndərdi

25.11.2024 13:54 384
Ölkə futbolu
“Sabah” baş məşqçisi Krunoslav Renduliçlə yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Xorvatiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Renduliçə xidmətlərinə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayırıq.