MS yanvarda kimləri transfer edəcək?

21.12.2024 22:22 355
Dünya futbolu
“Mançester Siti” qış “transfer pəncərəsi” dövründə heyətə bir neçə oyunçu əlavə edəcək.

“Daily Mail”in məlumatına görə, rəhbərlik komandadakı kadr problemindən şikayətlənən baş məşqçi Xosep Qvardiolaya dəstək olacaq: gələn ilin yanvarında 4 futbolçu alınacaq. MS bir mərkəz hücumçusu, bir dayaq yarımmüdafiəçisi və iki cinah müdafəçisi transfer edəcək.

Xatırladaq ki, İngiltərənin son çempionu olan komanda bütün turnirlərdə keçirdiyi son 11 matçda 8 dəfə məğlub olub. MS hazırda premyer-liqada 16 oyuna 27 xalla 5-ci, Çempionlar Liqasında 6 oyuna 8 xalla 22-ci yeri tutur.