Renatın komandası baş məşqçisi ilə yollarını ayırdı

21.12.2024 12:37 271
Dünya futbolu
Türkiyə 1-ci liqasının komandası "Ankaragücü" baş məşqçisi Kenan Koçakla yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, komandanın uğursuz nəticələrinə görə tərəflər müqaviləyə xitam verməyə qarşılıqlı razılıq verib. Millimizin futbolçusu Renat Dadaşov "Ankaragücü"ndə çıxış edir.

Xatırladaq ki, Kenan Koçak kluba sentyabrda təyin olunmuşdu.