Renatın qayıdışı uğursuz oldu

14.12.2024 23:56 326
Dünya futbolu
Renat Dadaşov zədədən sonra yaşıl meydanlara qayıdıb.

"Football-plus.az" xəbər verir ki, 25 yaşlı futbolçu 6 turluq fasilədən sonra “Ankaragücü”nün heyətində meydana çıxıb. O, Türkiyənin 1-ci liqasının 16-cı turu çərçivəsində “Manisa”ya qarşı keçirilən matçda forma geyib. Görüşə ehtiyatdan başlayan hücumçu qarşılaşmanın 82-ci dəqiqəsində Alper Uludağın əvəzinə meydana çıxıb. Onun komandası öz meydanında uduzub – 0:1.

23 xalda qalan “Ankaragücü” 6-cı yeri tutur.