"Kəpəz" son 16 mövsümün antirekorduna imza atdı

9.12.2024 12:57 309
Ölkə futbolu
"Kəpəz" ölkə çempionatları tarixində son 16 mövsümün antirekorduna imza atıb.

"Football-plus.az" xəbər verir ki, bu, Gəncə təmsilçisinin "Zirə"yə Misli premyer-liqasının 16-cı turunda 0:4 hesabı ilə uduzması ilə reallaşıb.

Komanda cari mövsüm çempionatda 39 qol buraxıb. Bu göstərici son 16 mövsümün antirekordudu. 2009-cu ildən indiyədək heç bir komanda ilk 16 oyunda bu qədər top buraxmayıb.

Daha çox qola üzülən sonuncu komandaya 2008/09 mövsümündə təsadüf olunub. Həmin vaxt “Bakılı” 16 görüşdə 41 dəfə topu qapısında görüb.

Qeyd edək ki, tarixin antirekordu isə 1996/97 mövsümünün 16 turunda 82 qol (texniki məğlubiyyətə görə verilən 0:3 hesabı nəzərə alınmadan) buraxan “Şəmkir”ə məxsusdu.