Xatırladaq ki, “Qarabağ” azarkeşləri “Səbail”lə oyunda da eyni əməllə yadda qalmış, amma buna görə paytaxt klubu AFFA İntizam Komitəsinin qəzəbinə tuş gəlmişdi. Bəs “Qarabağ”ın əsas azarkeş klubu müntəzəm hal alan bu hərəkətlə bağlı nə düşünür? “İmarət tayfa”nın idarə heyətinin üzvlərindən Elnur Quliyev “Football-plus.az”a cavab verdi:
“Azarkeşlə fanat fərqlidi. Fanat oyundan bir saat tez gəlir, səfər oyunlarında iştirak edir öz hesabına. Dünyanın hər yerində klub azarkeşlərə görə cərimələnir. Təbii ki, “Qarabağ” da istisna deyil. Lazer işıqları da hər yerdə olur, bəlkə rəqib tərəfdən baxsaq, məsələni başa düşmək olar. Ancaq mənə görə bəzi cəzalar absurddu”.
AYGÜN MİRZA





