1:15 uduzdu, gileyləndi

1.12.2024 00:31 291
İdman
Futzal üzrə Yüksək Liqanın 4-cü turunun son matçında “Baku Fire” autsayder “Yasamal Bakı”nı darmadağın edib – 15:1.

Qonaqların baş məşqçisi Anar İsayev darmadağınla bağlı "Football-plus.az"a bunları dedi:

“Çempionatda 6 komanda var. “Araz-Naxçıvan”ı federasiya maliyyələşdirir. “Neftçi” ilə “Baku Fire”ın sponsoru var. Bizə dəstək olan yoxdu. Federasiya yalnız komandaya forma dəsti üçün maliyyə ayırdı. Ötən il bizə dəstək olurdu, biz də normal çıxış edirdik. Birdən-birə bizə verilən dəstək dayandırılır və qıraqdan gələn komandaya dəstək verilir. Sonuncu yerdə gedən komanda ilə aramızda büdcə fərqi çox böyükdü. Ötən mövsümü 4-cü pillədə bitirdik. Kubokda da yaxşı mübarizə apardıq. Komandada 18, 19, 20 yaşlı futzalçılardı. Onların təcrübəsi yoxdu. Çempionat gec başladı. Bu çempionatda oynamayaq, bəs harda oynayaq? Ölkədə bütün turnirlər başlamışdı. Qeydiyyatdan keçə biləcəyimiz bir yer yox idi. Bizi bu vəziyyətdə qoydular. Dedilər ki, iştirak edirsiz-edin, etmirsizsə, özünüz bilərsiz. Mən də pis-yaxşı iştirak etdim. Hazırda əlimizdən gələn budu. Çox çətin durumdu”.

ƏSƏD SEYİDOV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul