30 min bayraq? Cəhənnəm ab-havası?

26.11.2024 18:16 368
Aktual / Ölkə futbolu
“Qarabağ” noyabrın 28-də Avropa Liqasının 5-ci turunun oyununda Tofiq Bəhramov adına stadionda "Lion"u qəbul edəcək.

Çox güman, oyun dolu tribunalar önündə keçiriləcək. Bəs stadionu fransızlar üçün cəhənnəmə necə çevirmək olar?

Ölkəmizdə fanat hərəkatının öncüllərindən biri Ceyhun Əzizli "Football-plus.az"ın sualına belə cavab verdi:

“Tək arzum, istəyim odu ki, şirkət və ya klub rəhbərliyi 30 min azarkeşin hər birinə bayrağımızı versin. 30 min Azərbaycan bayrağının stadionda dalğalanması elə cəhənnəmin adı olacaq. Klub rəhbərliyi etməsə, azarkeşlər özü də edə bilər. Arzulayıram, ümid edirəm ki, olacaq".


AYGÜN MİRZA

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul