Renat məşqlərə başladı

22.11.2024 15:08 317
Ölkə futbolu
Türkiyənin "Ankaragücü" klubunda çıxış edən millimizin üzvü Renat Dadaşov məşqlərə başlayıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Dadaşov oktyabrın 21-də qasıq nahiyəsindən əməliyyat olunmuşdu.

Bir aydı komandadan kənarda qalan hücumçu ötən gündən kollektivlə məşqlərə qoşulub.

Qeyd edək ki, "Ankaragücü" 1-ci liqanın 13-cü turunda sabah səfərdə "Gənclərbirliyi" ilə qarşılaşacaq.