"Football-plus.az" belçikalı qolkiper artıq həftələrdi qasıq zədəsindən əziyyət çəkir. “Real” La Liqada finişə 4 tur qalmış çempionluğu bayram etdiyindən “Liverpul”la oyun ərəfəsində Kurtuanın dincəlmək imkanı olub – onu Andrey Lunin əvəzləyib. Hətta zədəyə baxmayaraq, Kurtua ÇL-in finalını buraxmaq variantını düşünməyib.
Millətlər Liqasının oyunları üçün yığmanın düşərgəsinə çağrılan qapıçının durumu həkimlərin nəzarəti altındadı. Yığmanın qapıçılarla iş üzrə məşqçisi Ervin Lemmens bu haqda belə deyib:
“Qasıq zədəsini yaxşıca müalicə etmək lazımdı. Kurtuanın növbəti mövsümə və dünya çempionatına hazır olması üçün bu vacibdi. Ona istirahətin lazım olmasına anlayışla yanaşmaq lazımdı. Tibo Millətlər Liqasının qarşıdakı oyunlarında meydana çıxmayacaq”.


