• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Yığmanın oyunu üçün 1800 bilet satıldı, stadiona 3000 azarkeş topladı - AFFA-nın təşkilatçılığı qüsurlardan xali deyildi

Manşet / Yazarlar

19-11-2024, 16:0

Ötən həftənin şənbə günü ölkə futbolu üçün vacib hadisəylə əlamətdar oldu. Yox-yox, təkcə yığmanın Estoniyanın öhdəsindən gələ bilməyərək D liqasına gedən yolu hamarlaşdırmasını nəzərdə tutmuruq. Söhbət həm də ölkənin əsas komandasının tarixində ilk dəfə Qəbələ şəhər stadionunda meydana çıxmasından gedir. AFFA məhz Qəbələ variantının üzərində dayandı, stadionun UEFA standartlarına uyğunlaşdırılması üçün 100 min manat xərclədi və sonda o da bəlli oldu ki, 4500 yerlik idman qurğusunda keçirilən oyunu izləmək üçün satışa cəmi 1800 bilet çıxarılacaq. Protokolda azarkeş sayı 1600 göstərilsə də, həmin gün stadionda bundan iki dəfə çox azarkeş var idi...

Bəli, arena əvvəldən UEFA-nın tələblərinə uyğun deyildi. Bu üzdən qısa müddətdə media tribunanın, yeni mərkəzi kamera platformasının, qapıarxası platformanın, texniki ərazinin təmir-tikinti işləri, eləcə də, mövcud platformaların gücləndirilməsi və çəkiliş maşınları meydançasının düzləşdirilməsi prosesi başa çatdırıldı. Ardınca baş verənlərdən xəbərdarsız. Satışa çıxarılan biletlərin hamısı satıldı və oyun günü millimizə yalnız möhtəşəm oyun göstərməklə qələbə qazanmaq lazım oldu. Ki, bacarmadılar... O başqa məsələ ki, matçla bağlı təşkilatçılıq arzulanan səviyyədə deyildi. Başverənlərin canlı şahidi olduğumdam, məhz bu məqam haqda geniş danışmağa dəyər. Ona görə ki, oyun günü stadionda ciddi səhvlərə yol verildiyi gördük.

Futbolun bəzəyi qoldusa, tribunaların da bəzəyi azarkeşdi. Belədə tərəfdarlar üçün yaradılan şərait önəmlidi. Bu yerdə qeyd edək ki, onların qidalanması üçün stadionun ərazisində kiçik mağaza var idi. Amma təşəbbüs AFFA-ya yox, məhz “Qəbələ”yə məxsus idi. Əldə etdiyimiz məlumata görə, klub bununla bağlı assosiasiyanın razılığını almaqla satış həyata keçirib. Qiymətlərlə də maraqlandıq. Sevindirici haldı ki, normal marketlərlə həmin kiçik dükandakı qiymətlərin fərqi çox yox, cəmi 10-20 qəpik təşkil edirdi. Əlbəttə, daşınma proseslərini nəzərə alsaq, müxtəlif çərəzlərin (45 qəpikdən başlayaraq) və kofenin (1 manat) qiyməti sərfəli idi. Bəs AFFA nə iş görüb? Düzü, burda görülməyən işləri saysaq, daha faydalı olar. Məsələn, stadionda qonaq tərəfdarlar üçün ayrılan tribuna yox idi. Onlar azərbaycanlı azarkeşkərlə birgə əyləşdi. Hətta bəziləri daha əvvəl bilet alan adamların yerini tutdu ki, bu da haqlı narazılığa səbəb oldu. Təbii ki, AFFA oturacaqları nömrələməklə, tamaşaçıların biletlərinə uyğun yerlərdə oturmasının təşkili üçün əməkdaşlar ayırmaqla belə problemlərin yaşanmasına mane ola bilərdi. Amma qurum nəinki bilet alan tərəfdarların rahatlığını düşünmədi, bilet almayanların stadiona buraxılmasına göz yummaqla çatışmazlıqların əhatə dairəsini böyütdü. Gözəyarı deyə bilərik ki, qarşılaşmanı yerində izləyənlərin 1600-ü əyləşdisə, 1400-ü tribunaların arxasında ayaqüstə durdu. Ümid edək ki, AFFA-nın “qonaqpərvərliyi” UEFA nümayəndəsinin qeydlərində əskini tapmayıb. Axı belədə nəinki bilet satışından qazanılan, hətta daha yüksək məbləğ cərimə kimi UEFA-nın cibinə axacaq.

Tamaşaçıların gözləniləndən daha çox olduğunu və bunun bəzi fəsadlarını qeyd etdik. Amma hələ bütün çatışmazlıqlar bitməyib. Ona görə ki, həmin azarkeşlərin əksəriyyəti təbii ehtiyaclarını ödəməklə bağlı problemlə üzləşdi. Niyə? Stadion binasının daxilindəki tualetlərə giriş mümkün deyildi. Tribunaların arxasında yerləşənlərdən isə yalnız birindən istifadə etmək olardı. Nəticədə fasilədə tualetə üz tutan tərəfdarlar uzun növbə ilə üzləşdi. Hətta çoxu məhz bu üzdən, matçın ikinci yarısının xeyli hissəsini izləməkdən məhrum oldu ki, növbəyə başqası girməsin. Hər halda, belə problemin yaranacağını əvvəldən təxmin etmək çətin deyildi. Tualet nəinki 3000, heç 1000 azarkeşin də ehtiyaclarını ödəmək üçün yaramırdı.

Şənbə günü millilərimizin məğlubiyyətləri üzündən yetərincə bərbad keçdi. Amma yazını major notda bitirməklə oxucularımızın kefinə doğranan soğanın acısını azaltmaq olar. Stadionda qüsurlu olmayan məsələlər də var idi ki, söhbət azarkeşlərdən gedir. “Ultras Turan” və “Göyqurd” azarkeş qruplarıyla yanaşı, bütün tərəfdarlar millimizi əvvəldən sona qədər dəstəklədi. Ümumi ab-hava onların qələbə aclığının necə yüksək səviyyədə olduğunu sübut edirdi. Bu öz yerində. Amma demək olar ki, heç kim qalib gələ bilməyən millini qınamadı. Əskinə, nəticə rəsmiləşəndən sonra futbolçulara ruh yüksəkliyi vermək məqsədilə şüarlar səsləndirildi. Tərəfdarlar komandanı yanına çağıraraq dəstəklədi. Oyun ərzində qaçırılan epizodlar zamanı da alqış etdilər. Azərbaycan bayrağını dalğalandıran iki azarkeş həm birinci, həm də ikinci hissədə meydanın ətrafında dövrə vurdu. “Göyqurdlar” “Bayraq mənliyimdi, bayraq kimliyim, bayraq öz yurduma öz hakimliyim” sözlərinin yazıldığı pankart açdısa, “Ultras Turan” həmin tərəfdarlarla birgə “Azərbaycan bir olsun, istəməyən kor olsun” şüarını səsləndirdi.

Qısası, meydandan kənarda qələbəlik var idi, meydanda qələbə qazana bilmədik. Bu dəfə uğursuzluğun səbəbini azarkeş dəstəyi ilə əlaqələndirmək günah olardı!

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

14-11-2024, 15:0

Qəbələ millinin oyununa hazırdı

Aktual / Ölkə futbolu

14-11-2024, 14:0

Yığmanın oyunu üçün satılan bilet sayı bəlli oldu – niyə belə az?

Aktual / Premyer-liqa

8-12-2023, 13:0

"Kəpəz" - "Sabah" oyunu üçün azarkeş sayı niyə az göstərilib? - PFL rəsmisi aydınlıq gətirdi

Aktual / Ölkə futbolu

16-11-2024, 15:0

“Göyqurdlar” yığmaya sonuncu şansı verdi

Yığma / Manşet

10-09-2023, 19:0

"Dalğa Arena"da 2000 oturacaq niyə boş qaldı?

Aktual
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
“Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
"Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
Son xəbərlər
  • Bu gün, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • Dünən, 23:56
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • Dünən, 23:35
    "Hapoel" “Sabah”a rəqib oldu
  • Dünən, 23:30
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • Dünən, 22:51
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • Dünən, 22:25
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • Dünən, 21:54
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • Dünən, 21:27
    Parisdən Madridə yollandı
  • Dünən, 20:56
    "Neftçi" macarıstanlı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 20:25
    Gözlənilən keçid rəsmiləşdi
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:33
    Rəşad Əzizli "Kəpəz"də
  • Dünən, 19:08
    “Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
  • Dünən, 19:02
    "Sabah" - "Orhus": START HEYƏTLƏRİ
  • Dünən, 18:56
    MS-ni tərk edə bilər
  • Dünən, 18:26
    "Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
  • Dünən, 17:55
    Mançesterdən Madridə yollandı
  • Dünən, 17:24
    "Uzun müddətdi heyət seçimi baxımından bu qədər əla vəziyyətdə deyildik" - Poulsen "Sabah"ı keçəcəklərinə əmindi
  • Dünən, 16:53
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 16:22
    Tribunalar "Sabah" üçün dolacaq... - bəs neçə danimarkalı olacaq?
  • Dünən, 16:00
    “Qol imkanlarımız kifayət qədər olacaq” - “Sabah” Danimarkadakının davamını oynasın, yoxsa dəyişsin?
  • Dünən, 15:29
    "Orhus" Masazırda da favoritdi - lakin "bayquşlar"ın qələbə qazanmaq ehtimalı artıb!
  • Dünən, 14:58
    Birmingemdən Londona yollandı
  • Dünən, 14:23
    "Sabah" - "Orhus" oyunu üçün bilet tükəndi! - Masazırda iynə atsaz, yerə düşməyəcək...
  • Dünən, 13:58
    ''Trabzonspor'' öz yetirməsini BƏƏ təmsilçisinə satdı
  • Dünən, 13:27
    AFFA-da yeni qaydalar açıqlandı – əvəzetmələrlə bağlı mühüm dəyişiklik
  • Dünən, 12:56
    "Kəpəz" nigeriyalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 12:25
    ''Real''ın yeni transferi Arda Gülər haqda nə dedi?
  • Dünən, 11:54
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 11:23
    "Qurban müəllimin futbol düşüncəsinə tam güvənirəm" - Tahir Gözəl
  • Dünən, 10:52
    "Hesabda öndəyiksə, Bakıda bunu məntiqi sonluğa çatdırmalıyıq" - Kostyukdan "Qarabağ" açıqlaması
  • Dünən, 10:31
    "Qəbələ" braziliyalı müdafiəçi aldı
  • Dünən, 10:00
    Yaşıl meydana oktyabrda dönəcək
  • 10-08-2026, 23:0
    "Kəpəz" "Baku Sportinq"in futbolçusunu aldı
  • 10-08-2026, 23:0
    Klopp Salahın Türkiyə ilə bağlı qərarı haqda nələr dedi?
Daha çox
Oxunub: 281
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 103
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 102
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə