Samil Əliyev millidən rəsmən ayrıldı? – açıqlama

7.11.2024 23:08 354
Aktual / Yığma
Ötən ay U-21 millimizin məğlubiyyətləri sıralaması Samir Əliyevin gedişini sürətləndirmişdi.

Hətta Avropa çempionatının seçmə mərhələsində sonuncu dəfə ötən ay İngiltərəyə 5:0 uduzaraq 3 xalla qrupun sonuncusu olması hər kəsi buna inandırdı. Mütəxəssis özü də idtefa verdiyini dilə gətirmişdi. Lakin rəhbərliyin qərarına əsasən Samir Əliyev Belarusla bu ay keçirilməsi nəzərdə tutulan yoxlama görüşlərindən sonra ayrılacaqdı. Amma U-21-in Minsk toplanışı ləğv olunduğundan, onun işini davam etdirməsi üçün heç bir səbəb qalmayıb.

Bəs Əliyev U-21-dən rəsmən gedibmi?

“Football-plus.az” Samir bəyə bu sualı ünvanlasa da, mütəxəssisin reaksiyası belə oldu:

“Üzürlü sayın, bu sualı hazırda cavablaya bilməyəcəm”.


Qeyd edək ki, Samir Əliyev 2022-ci ilin yayından U-21 millimizi çalışdırır.

RÖYANƏ OĞUZ