"Turan Tovuz"un legioneri oynadı, Moldova qalib gəldi

12.09.2024 12:37 155
Dünya futbolu
"Turan Tovuz"un futbolçusu Denis Marandiçi Moldova millisində növbəti oyuna çıxıb.

"Football-plus.az" xəbər verir ki, 27 yaşlı müdafiəçi Malta üzərində 2:0 hesablı qələbəsində iştirak edib.

Millətlər Liqasının qrup mərhələsinin 1-ci turunda keçirilən matçda Marandiçi start heyətdə meydana çıxıb və 90 dəqiqə mübarizə aparıb.