“Bu gün baş məşqçi axtarışında deyilik” - 1-ci liqa klubu niyə yeni çalışdırıcı istəmir?

24.10.2024 20:20 373
Aktual / Ölkə futbolu
Məlum olduğu kimi, 1-ci liqada 5 tur arxada qalıb.

Hazırda 9-cu pillədə olan “Diafi” isə sözün həqiqi mənasında başsız qalıb. Adil Mahmudov ayrılandan sonra bu posta kimin gətiriləcəyi hələ də sual altındadı. Yeni mövsümdə artıq ikinci baş məşqçisini yola salıb, 6 oyuna 1 xal qazanan komanda acınacaqlı durumadadı.

Bəs komandanı “Zaqatala” ilə oyuna kim çıxaracaq? Yeni çalışdırıcı barədə suallarımızı Ağsu təmsilçisinin İdarə Heyətinin sədri Asəf Məlikova ünvanladıq. Onun “Football-plus.az”a söylədikləri:

“Hazırda baş məşqçi funksiyasını Aydın Qasımov yerinə yetirir. Bu gün baş məşqçi axtarışında deyilik. Yaxın zamanlarda bu məsələyə qayıdacağıq. Hazırda bu mövzuya baxılmır”.


RÖYANƏ OĞUZ